Gəncədə 13 min manatlıq oğurluq edən şəxs tutulub

3 May 2021 13:19

Gəncədə mənzildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il oktyabrın 10-da şəhər ərazisindəki evlərin birindən 13500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.

Milli.Az