Azərbaycanda ötən ayın ən populyar sosial şəbəkə açıqlanıb

3 May 2021 13:09

2021-ci ilin martında Azərbaycanın sosial şəbəkə bazarında "YouTube" 29,32 faiz payla birinci yerdə qərarlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci yerdə 25,74 faiz göstərici ilə "Twitter", üçüncü yerdə 20,23 faiz göstərici ilə "Instagram" qərarlaşıb.

"Facebook" istifadəçilərinin fəallığı ötən ay 14,63 faizə bərabər olub.

"Pinterest"in payı 8,68 faiz, "VKontakte" sosial şəbəkəsinin payı 0,37 faiz təşkil edib.

Milli.Az