Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib - FOTO

3 May 2021 12:39

Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Artıq həftənin ilk iş günündən MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək yeni 10 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, xətt üzrə sərnişindaşımalar "BakuBus" MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetirilir.

Milli.Az