A seriyasında oynamaq hüququ qazandılar

4 May 2021 19:48

İtaliya A seriyasında oynamaq hüququ qazanan ilk klub müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Empoli"dir. Komanda B seriyasının 36-cı turunda "Kozençu"ya 4:0 hesabı ilə qalib gəlib. Bununla da "Empoli" birinci pilləni və elitaya birbaşa vəsiqəni təmin edib.

Qeyd edək ki, 36 turdan sonra 70 xalı olan Allesio Dionisinin baş məşqçisi olduğu komanda turnirin bitməsinə 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Milli.Az