Qırğızıstan və Tacikistan qüvvələrin dövlət sərhəd xəttindən çıxarılmasını başa çatdırıb

3 May 2021 09:00

3 may yerli vaxtla saat 9:30-a üçün Qırğızıstan dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabitdir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, ötən gecə ərzində heç bir insident və atışma qeydə alınmayıb.

Sərhəd naryadları Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca patrul xidməti həyata keçirirlər.

Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhəd xəttindən öz ərazilərinə qədər çıxarılmasını başa çatdırıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin sərhəd bölmələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Milli.Az