G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

3 May 2021 08:39

"Yeddilər qrupu" (G7) ölkələri inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki ildə 15 milyard dollar xərcləməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.

G7 üzvü olan ölkələr ayrılmış maliyyə vəsaitləri sayəsində az gəlirli ölkələrdə yaşayan 40 milyondan çox qızların 2026-cı ilədək məktəbə getməsinə imkan əldə olunacağına və bu ölkələrdən 20 milyon 10 yaşına qədər qızların oxumağa öyrənəcəyini ümid edirlər.

15 milyard dolların G7 ölkələri tərəfindən 2018-ci ildə başlanılan inkişaf maliyyə qurumları arasında əməkdaşlağı - 2X Challenge mexanizmi çərçivəsində paylanacağı gözlənilir.

Milli.Az