Daşkəsəndə sürüşmə olub, qaya parçaları avtomobil yoluna tökülüb

2 May 2021 18:46

Daşkəsənə ötən gecə yağan yağış bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən bildirir ki, leysan yağışın yağması nəticəsində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Bayan kəndində dağlıq ərazidən keçən hissəsinə iri qaya parçaları düşüb.

Nəticədə avtomobillərin hərəkəti tam dayanmasa da gediş-gəliş üçün bir qədər çətinliklər yaranıb. Hazırda ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli nümayəndələri cəlb olunub. Yolda tökülən iri qaya parçaları ərazidən təmizlənib. Sözü gedən avtomobil yolunda hərəkət tam bərpa olunub.

Milli.Az