Atasından Britni Spirslə bağlı iddia - FOTO

2 May 2021 18:06

Atası Ceym məşhur müğənni Britni Spirslə bağlı daha bir etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qızının demans xəstəliyindən (müxtəlif xəstəliklərin təsirindən beyin funksiyasının itkisi) əziyyət çəkdiyini söyləyib. Ceym qızının qəyyumluğa ehtiyacı olduğunu iddia edib.

Bu haqda ifaçının atası mayın 5-də BBC-də yayımlanacaq "The Battle for Britney: Fans, Cash And A Conservatorship" adlı sənədli filmdə danışıb.

Sənədli filmin müəllifi Sam Ajar bildirib ki, bu iddianı qəribə qarşılayıb. Belə ki, hazırda bu xəstəlikdən ABŞ-da cəmi 5 faiz insan əziyyət çəkir. Onlar isə 65 yaş yuxarı şəxslərdir.

Britni iyunda hakim qarşısına çıxaraq, atasının qəyyumluğundan imtina etmək istədiyini bildirməyə hazırlaşır.

Milli.Az