Başına daş düşən oğlanın vəziyyəti ilə bağlı xəstəxanadan açıqlama - VİDEO

2 May 2021 16:22

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Milli.Az bildirir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2004-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

Milli.Az