“Sputnik V” vaksini yüksək effektliliyə malikdir - Viktor Qasımov

2 May 2021 15:56

Pandemiya davam edir və artıq iki ildir biz bu vəziyyətdə yaşayırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, pandemiya mübarizə üsulu peyvəndlərdir: Artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib:

"Bu gün burda "Sputnik V" vaksininin də gəldiyinə şahid olduq. "Sputnik V" özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd alıb".

Milli.Az