“Tesla” elektrikli minivenini təqdim edə bilər

4 May 2021 20:10

Dünyanın ən böyük elektromobil istehsalçısı olan "Tesla" şirkəti miniven buraxa bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Cybertruck" üslubunda hazırlanmış miniven artıq 2026-cı ildə təqdim oluna bilər.

Şərti olaraq "Cybervan" adlanan model 12 nəfər üçün nəzərdə tutulacaq.

Qeyd edək ki, minivenin istehsalı barədə ilk fikirlər hələ 2020-ci ildə şirkətin rəhbəri İlon Mask tərəfindən səsləndirilib.

Milli.Az