Volkswagen kənar istehsalçılara elektrokar hazırlamaqda kömək edəcək

4 May 2021 23:55

Volkswagen konserninə məxsus olan İtaldesign atelyesi ilə ingilis Williams Advanced Engineering mühəndislik şirkəti yeni müştərək müəssisə yaratdıqlarını elan ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni müəssisə kənar avtomobil istehsalçıları üçün güclü elektromobillər hazırlayacaqdır. Söhbət həm tanınmış markalardan, həm də yeni yaradılan brendlərdən gedir.

Milli.Az