Dünyada ilk dəfə dron taksi sərnişinlə uçub

4 May 2021 20:20

Dünyada ilk dəfə Çində sürücüsüz hərəkət edən dron taksi sərnişinlə uçub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, taksi özü ilə iki sərnişin aparıb.

Sərnişinlərin təyinat yerinə çatması üçün sadəcə bir düyməni basmaları kifayət edib.

Taksinin sürəti 130 km/saatdır. O, enerji ilə doldurulduqdan sonra 21 dəqiqə uça bilər.

Milli.Az