Vəzifədə olan zaman vəfat edən azərbaycanlı nazirlər - SİYAHI - FOTOlar

2 May 2021 14:56

Xəbər verdiyimiz kimi, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 56 yaşında vəfat edib.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, Azad Rəhimov nazir olarkən vəfat edən 3-cü nazirdir.

2017-ci ildə energetika naziri Natiq Əliyev vəfat edib.

Nazir İstanbulun "Florence Nightingale" klinikasında dünyasını dəyişib.

Natiq Əliyev 70 yaşında ürək tutmasından vəfat edib. 

2018-ci ildə isə müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

O uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Yavər Camalov 69 yaşında vəfat edib.

Milli.Az