"Masumlar apartmanı" mövsüm finalı edir

2 May 2021 16:09

Reytinqlərdə ilk sırada yer alan "Masumlar apartmanı" serialı mövsüm finalı edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, baş rollarını Ezgi Mola, Farah Zeynəb Abdullah, Merve Dizdar, Birkan Sokullunun paylaşdığı ekran işi 37-ci bölümdə izləyicilərinə vida edəcək.

Serial sentyabrda ikinci mövsümünə start verəcək.

Milli.Az