"06" ilə "Priora" toqquşdu - Xəsarət alanlar var

2 May 2021 15:22

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 markalı minik maşını ilə Priora markalı minik avtomobili toqquşub. Qəza zamanı 29 yaşlı Seymur Əhmədov və daha nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az