İranda daha 394 nəfər koronavirusun qurbanı oldu

2 May 2021 15:29

İranda ötən sutka ərzində 394 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 72 484 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 18 698 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 534 855 nəfərə çatıb. Virus daşıyıcılarından 5 443 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 988 165 nəfər koronavirusdan sağalıb, 16,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,17 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 956 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 218 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.

Milli.Az