Avtomobili düzəldərkən maşın alışdı, usta yandı

2 May 2021 13:17

Mingəçevirdə minik avtomobili yanıb, sahibi yanıq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.

Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib. Hadisə zamanı maşının sahibi olan və şəhərdə "Usta Vəli" kimi  tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az