Bu gün saat 06:00 radələrində İranın Qum vilayətində kimya zavodunda güclü yanğın baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qum vilayətinin yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kərimi deyib.
H.Kəriminin sözlərinə görə, baş verən yanğın nəticəsində bir neçə partlayış qeydə alınıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürmə maşını cəlb olunub.
Kərimi əlavə edib ki, hadisədə ikisi yanğınsöndürmə maşını olmaqla 5 avtomobil yanıb. 2 yanğınsöndürmə əməkdaşı yaralanıb.
İranlı rəsmi yanğının söndürüldüyünü bildirib.
Milli.Az