Rusiyada koronavirusa daha 8 697 nəfər yoluxub

2 May 2021 13:57

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 697 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 4 823 255 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 7 339 nəfərə sağalıb, 342 nəfər isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan sağalanların sayı 4 443 922 nəfər, ölənlərin sayı isə 110 862 nəfər təşkil edir.

Milli.Az