Qırğızıstan-Tacikistan sərhədində son vəziyyət necədir?

2 May 2021 10:03

Qırğızıstanın Tacikistanla sərhədində vaziyyət stabildir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr və media şöbəsindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində sərhəddə insident qeydə alınmayıb. Tərəflər dövlət sərhədi xəttindən əlavə qüvvələri daimi yerlərinə çəkməyə başlayıblar.

Milli.Az