Sumqayıtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi

2 May 2021 00:57

Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Məsudə Səfərəliyeva bu gün COVID-19-dan vəfat edib. O, riyaziyyat fənnini tədris edib.

Xatırladaq ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova da ötən gün koronavirusdan dünyasını dəyişib.

Milli.Az