Erməni vəhşiliyi rusiyalı deputatları dəhşətə gətirdi

1 May 2021 23:47

Rusiya nümayəndə heyəti Ağdama səfər edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ağdamı dağılmış atom bombasının nəticəsində dağılmış Xirosima və Naqasakiyə bənzədən Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko dağıntıların miqyasının insanı dəhşətə saldığını bildirib:

"Ermənilər, əlbəttə, burada atom bombası partlatmayıblar. Onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır.  Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə bir yer yoxdur. Bu, hərbi cinayətdir".

Milli.Az