Britaniyada son sutkada koronavirusdan 7 nəfər ölüb

1 May 2021 22:12

Böyük Britaniyada son sutka ərzində 1907 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 418 530 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 524 nəfərə çatıb.

Milli.Az