Çavuşoğlu qırğız və tacik həmkarları ilə danışdı

1 May 2021 21:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Çavuşoğlu danığıqlar zamanı Türkiyənin iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Nazir ehtiyac olacağı təqdirdə Türkiyənin hər iki ölkəyə dəstək verməyə hazırlığını və iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edib.

Milli.Az