Sevil Mikayılova: BMT və ATƏT-in bu məsələdə effektiv iş görəcəyinə inam yoxdur - VİDEO

1 May 2021 16:11

Bu günədək həm BMT, həm də ATƏT tərəfindən işlək mexanizmlərin ortaya qoyulmasını görməmişik. Beynəlxalq təşkiların hansısa effektiv iş görəcəyi ilə bağlı inam yoxdur. Buna görə də, biz bu cür bəyanatlara sadəcə çağırış və sonu olmayan addım kimi baxırıq.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında millət vəkili Sevil Mikayılova deyib. O bildirib ki, BMT və ATƏT sındırılmış reputasiyasını bundan sonra hansısa formada bərpa etmək istəyirsə, fərqli addımlar atmalıdır:

"Bugünkü Ermənistanın vəziyyətinin də əvvəlkindən çox fərqli olduğunu deməliyik. İndi minalanmış ərazilərin xəritəsinin verilməsi üçün təzyiqin müsbət nəticə verməsinə ümid daha artıqdır. Ümumilikdə isə Ermənistana beynəlxalq hüquqa hörmət etməyi öyrətmək çətin deyil. Sadəcə burada istək olmalıdır. İndiki halda təzyiqlərin olmasının vacib olduğunu düşünürəm".

Milli.Az