Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

1 May 2021 15:33

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirin "Twitter" səhifəsində yer alan başsağlığı mətnində deyilir:

"Can Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov qardaşımızın vəfatını böyük üzüntü ilə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnet olsun".

Milli.Az