Zəngilan hava limanının tikintisində son vəziyyət - AZAL rəsmisindən AÇIQLAMA - VİDEO

1 May 2021 14:17

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl təməlini qoyduğu Zəngilan hava limanının tikintisinə start verilib. Hazırda ərazidə tikinti işləri ilə yanaşı minalardan təmizləmə prosesi də paralel aparılır.

Bunu Trend-in Qarabağ bürosuna AZAL rəsmisi Valeh Əmiraslanov bildirib.

O, əlavə edib ki, hazırda aeraportun uçuş-enmə zolağında qazma və torpaq yatağının çıxarılması işləri gedir:

"Füzulidə olduğu kimi Zəngilanda da işlər sürətlə davam edir. Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq"

Milli.Az