Bakıda "Polisəm" deyib qadınları şantaj edən kişi saxlanıldı - FOTO

1 May 2021 17:22

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək şantajla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, sözügedən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək qadınları şantaj etməklə məşğul olub.

"Həmin şəxsin əməllərindən zərər çəkənlərdən hüquq mühafizə orqanlarına məlumat verilmələri xahiş olunur"-, deyə DİN-dən bildirilib.

Milli.Az