Şuşadakı tarixi abidələrin qarşısına löhvələr quraşdırılır - FOTO

1 May 2021 16:37

Şuşadakı tarixi abidələrin qarşısına məlumatlandırıcı lövhələr quraşdırılır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lövhələrin quraşdırılması işləri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Lövhələrin qoyulduğu tarixi tikililər sırasında 19-cu əsrə aid xəstəxana binası, 18-ci əsrə məxsus Əsəd bəyin evi, bulaq abidəsi, 19-cu əsrə aid Üzeyir Hacıbəyovun ev muzeyi, 18-ci əsrə məxsus Xurşidbanu Natəvanın evi, 18-ci əsrə aid Aşağı Gövhər Ağa Məscidi də var.

Bundan başqa, Şuşada yerləşən Şəhidlər Xiyabanının girişinə də lövhə quraşdırılıb. 

Milli.Az