ABŞ-ın Rusiya siyasəti dəyişəcəkmi? - Kosaçev açıqladı

1 May 2021 14:21

Rusiyaya təzyiq tərəfdarları ABŞ Prezidenti Cozef Baydenə təsir göstərir, bu isə Vaşinqtonun xarici siyasət qərarlarında özünü göstərir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

"Məncə belə situasiya Amerikada uzun müddət davam edəcək. Antirusiya siyasəti ABŞ qanunvericiliyində qəbul edilən nəhəng həcmdə qərarlardan asılıdır. Belə addımlar isə ABŞ-da çox çətin düzəlir", - deyə o bildirib.

Milli.Az