Tacikistan Qırğızıstanın sərhəd kəndini atəşə tutub

1 May 2021 12:24

Tacikistan hərbçiləri Qırğızıstanın Arka kəndində yaşayış evlərini atəşə tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Qeyd olunur ki, həmin kəndin əhalisi bir müddət əvvəl təxliyə olunub. Tacikistan tərəfi insidentlə bağlı hər hansı bir açıqlama verməyib.

Milli.Az