Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər ölüb

1 May 2021 13:09

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1147 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  311 457 ölənlərin sayı isə 4 130 nəfərə çatıb. Virusa yoluxanlardan 291 457 nəfərin sağaldığı bildirilir.

Milli.Az