Ulduz futbolçu gecəni qumarxanada keçirdi

1 May 2021 19:18

İtaliya B seriyasında "Monza"nın heyətində çıxış edən Kevin-Prins Boatenq bu klubda da intizamsızlığa yol verir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu dəfə qumarxanada yaxalanıb. Qana millisinin sabiq futbolçusu 7 komanda yoldaşı ilə birlikdə "Monza"nın kritik oyunu öncəsi Luqano şəhərinə gedərək, gecəni orada keçirib. Bu səbəbdən rəhbərlik Boatenq də daxil olmaqla 8 futbolçunu "Salernitana" ilə görüşün iştirak ərizəsindən çıxarıb.

Qeyd edək ki, Kevin-Prins Boatenq "Monza"ya ötən il "Fiorentina"dan keçib.

Milli.Az