Messi Pelenin rekordunu qırarkən geydiyi butsları satıb

1 May 2021 11:59

Lionel Messi braziliyalı Pelenin bir klubda vurduğu qolların sayına görə rekordunu yeniləyərkən ayağında olan butsları hərrac vasitəsi ilə satıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu barədə "Christie's" hərrac evindən məlumat verilib.
Məlumata görə, hücumçu idman ayaqqabılarını 125 min funta satıb.

Əldə olunan məbləğ Barselona şəhərindəki Vall d`Ebron universitet xəstəxanasının səhiyyə layihəsinə yönəldilib.

Milli.Az