Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb

1 May 2021 11:19

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili SOCAR prezidenti Rövnəq Abdullayevi qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat paylaşıb. Bildirilib ki, görüş zamanı SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihələri müzakirə edilib.

Qeyd olunub ki, Gürcüstanın SOCAR ilə uğurlu əməkdaşlıq əlaqələri var. Görüşdə "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov da iştirak edib.

Milli.Az