Gənclərdən ibarət komandamız Avropa çempionatında bürünc medal qazanıb

1 May 2021 19:19

Azərbaycanın tamblinq üzrə gənclərdən ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərkibi Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Milli.Az