Tacik-qırğız qarşıdurmasının əsl səbəbi - İnanılmaz gediş

1 May 2021 10:29

Neçə gündür ki, Mərkəzi Asiyanın iki dövləti - Qırğızıstan və Tacikistan arasında sərhəd qarşıdurması səngimir. Ölənlərin sayı 30-u keçib, Qırğızıstanda hətta matəm elan olunub. Bunun fəsadları ciddi ola bilər. İstisna deyil ki, bu və ya buna bənzər irimiqyaslı gərgin hadisələr gələcəkdə baş verməsin. Bəs necə oldu ki, birdən-birə heç kimin proqnoz etmədiyi halda belə bir qanlı insident, spontan hadisə yaşandı? Rusiya, Çin və s. ölkələrin əli olduğu barədə versiyalar çəklsə də, maraqlı bir versiya ortaya atılıb. Bəllidir ki, ABŞ Əfqanıstandan qoşunlarınn çıxarılması barədə qərar verib.

Dünyaca məşhur Nyu-York Tayms qəzeti yazır ki, iki ölkə arasında qarşıdurma regionda vəziyyəti gərginləşdirə, qonşu Əfqanıstana da təsirsiz ötüşməyə bilər. Bu da ABŞ hərbi kontingentini Əfqanıstandan çıxarma prosesini uzada bilər. Co Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxarılmasını desə də, Vaşinqtondakı bəzi qüvvələr buna qarşı çıxır. Ola bilsin, elə sərhəd qarşıdurmasının bir və əsas səbəblərindən biri də məhz budur. Bir faktı da qeyd edək ki, münaqişə zonası Əfqanıstanla sərhəddən aralıda yerləşsə də, döyüşlər Birləşmiş Ştatar üçün asan olmayan bir vaxtda baş verir. Əfqan müharibəsinin ilkin mərhələlərində ABŞ Mərkəzi Asiyada iki baza yaratmışdı. Onların vasitəsilə Əfqanıstana quru yolla hərbçilərini göndərir, yanacaqdan tutmuş ərzağa kimi bütün məhsulları aparırdı. Bu gün Mərkəzi Asiya Pakistanı alternativ kimi nəzərdən keçirilir. Yəni Əfqanıstandan avadanlığın çıxarılması üçün yerüstü alternativ daşınma vasitəsi kimi götürülür.

Beləliklə, gözləmək olar ki, yaranmış vəziyyət müəyyən mənada Vaşinqtona sərf edir. Elə Rusiya da baş verənləri öz məqsədi üçün istifadə etməyə çalışacaq. Vasitəçi kimi prosesə daxil olub burada öz hərbi heyətini artırmağa çalışa bilər. Nəzərə alaq ki, region ölkələri, xüsusən də qırğızlar Qərbə inteqrasiya etməyə meyillidirlər. Beləliklə, yaxın perspektivdə bölgədə yeni siyasi, hərbi və s. reallıqlara şahidlik edə bilərik.

Azər NURİYEV
Milli.Az