Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək

1 May 2021 08:38

Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə sərhədindəki vəziyyəti müzakirə ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

Prezidentlər Düşənbədə üz-üzə görüşmək barədə razılığa gəliblər.

Məlumata əsasən, görüş may ayının ikinci yarısında baş tutacaq.

Qeyd edək ki, sabah hər iki dövlətin hökumət komissiyaları arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar aparılacaq.

Milli.Az