Dağıstanlı iki qonşusunu güllələdi

1 May 2021 08:53

Dağıstan sakini 63 yaşlı Hacıkərim Haşımovun məişət zəminində iki qonşusunu - 41 yaşlı kişini və onun 63 yaşlı anasını güllələyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regionla idarəsi məlumat yayıb.

Hadisə zamanı kişi yerindəcə ölüb, anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

H.Haşımov "VAZ-111740" markalı avtomobildə hadisə yerindən naməlum istiqamətə gedib.

Polis tərəfindən faktla bağlı araşdırma aparılır.

Milli.Az