Rusiyada sərnişin avtobusu kafeyə çırpılıb: 3 ölü, 10 yaralı

1 May 2021 08:43

Rusiyanın Xabarovsk bölgəsində içərisində 2 sürücüdən əlavə 32 sərnişin olan avtobus qəza törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bölgə prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Təcili yardım helikopteri ilə yaralılar xəstəxanaya çatdırılıb.

Milli.Az