Uşaq bağçasına silahlı hücum: onlarla yaralı var
29 Aprel 2010 10:23
"Sinhua" agentliyinin məlumatına görə, uşağ bağçalarından birinə soxulan silahlı kişi 28 nəfəri yaralayıb. Onlardan 2-si tərbiyəçi, 1-i mühafizəçi, qalanları isə körpə uşaqlardır. Körpələrin 5-nin vəziyyəti xüsusilə kritikdir. Yaralanan uşaqların hamısı eyni qrupa aiddir. Onların 4 yaşı var.
Polis 47 yaşlı basqınçını saxlayıb. Hadisənin motivləri araşdırılır.
Xatırladaq ki, dünən Çində daha bir şəxs orta məktəbə hücum edərək 16 şagirdi bıçaqlamışdı.
Milli.Az