İsraildə neft emalı zavodunda yanğın başlayıb

1 May 2021 07:45

İsrailin Hayfa şəhərində Bazan neft elamı zavodunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə The Jerusalem Post qəzeti Ətraf Mühitin Qorunması Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, zavodda yanğın borunun zədələnməsi nəticəsində baş verib. Yanğın və xilasetmə briqadaları alovu lokallaşdırmağı bacarıb.

Zavodun fəaliyyətinin dayandırıldığı bildirilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az