Türkiyədə son sutkada 394 nəfər COVID-19-dan vəfat edib

1 May 2021 07:25

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 394 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 40 131 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 31 891 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 820 591 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 68 183 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 323 897 nəfər təşkil edir.

Milli.Az