Ağsuda yas mərasimi yarımçıq qaldı

1 May 2021 07:05

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində rayonun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib

Milli.Az