Paşinyan təyyarənin nasazlığı səbəbindən Rusiyadan uça bilmədi

30 Aprel 2021 23:55

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın başçılıq etdiyi ölkənin nümayəndə heyəti təyyarənin texniki nasazlığı səbəbindən uça bilməyib.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Rusiyanın Kazan şəhərindən Yerevan istiqamətində uçmalı idi.

Hazırda nasazlığı aradan qaldırmağa çalışırlar. Ermənistan hökumətinin mətbuat xidməti qeyd edib ki, problem həll olunmasa, nümayəndə heyəti başqa bir təyyarə ilə İrəvana uçacaq.

Milli.Az