Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının heç bir hüquqi nəticələri yoxdur - ABŞ Dövlət Departamenti

30 Aprel 2021 22:44

1915-ci il hadisələri ilə əlaqədar ABŞ prezidenti Co Baydenin "soyqırım" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatını qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.

Dövlət Departamentindən bildirilib: "Prezidentin son açıqlaması "Xarici Dövlətlərinin İmmuniteti haqqına" Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb".

Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırım" sözündən istifadə edib.

Milli.Az