Əfqanıstanda güclü partlayış nəticəsində onlarla insan ölüb

30 Aprel 2021 22:04

Əfqanıstanın Puli-Aləm şəhərində güclü partlayış olub.

Trend-in məlumatına görə, bu barədə yerli 1TVNews telekanalı öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, hadisə nəticəsində ən az 30 nəfər ölüb, onlarla nəfər yaralanıb.

Milli.Az