Ağır yol qəzasında 6 uşaq öldü

30 Aprel 2021 18:55

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası bu gün Həştərxan-Stavropol avtomobil yolunda qeydə alınıb.

Belə ki, avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 azyaşlı ölüb.

Qəza nəticəsində xəsarət alan 12 nəfər isə xəstəxanaya yerləşdirilib.

Milli.Az