Daha bir serial eşqi gerçək oldu - FOTO

30 Aprel 2021 19:18

Bu ilin martında prodüser əri Altuğ Gültandan boşanan aktrisa Melike İpek Yalovanın yeni sevgilisi olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Bir zamanlar Çukurova" serialındakı tərəf müqabili Furkan Palalı ilə eşq yaşayır. Onlar haqqında bu xəbərlər çəkiliş meydanından edilən dedi-qodulardan sonra yaranıb.

Ötən gün Palalının Melikenin ad günü münasibətilə "Doğum günün mübarək, canım partnyorum" sözlərini yazaraq İnstaqram hesabında aktrisa ilə fotosunu paylaşması onlar haqqında yayılan xəbərləri təsdiqləyib.

Milli.Az